BAKI, 1 sentyabr. TELEQRAF
Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupnun tərkibində dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, Baş Nazir Əli Əsədov Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 iyun tarixli 383s nömrəli Sərəncamında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini siyahıya əlavə olunub.
Həmçinin “Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrup”unun tərkibində də dəyişiklik olub.
Belə ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini siyahıya əlavə edilib.