BAKI, 28 avqust. TELEQRAF
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərsalma sahəsindəki tədbirlərlə bağlı yeni fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu fərmanla 2021-ci ilin avqust ayında qəbul edilən "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" Fərmana bir sıra dəyişikliklər edilib.
Fərmana əsasən, 2021-ci il tarixli fərmanın 3-cü hissəsində "Ağdam" adı "Xankəndi şəhərinin, Ağdam, Ağdərə" sözləri ilə əvəz edilib.
"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə"nin 1.5-ci bəndində isə "Bərdə" sözü "Xankəndi" ilə əvəzlənib.
Həmçinin bu dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb.