BAKI, 12 avqust. TELEQRAF

Prezident İlham Əliyev Hicran Hüseynovanın təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, Sərəncama əsasən o, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".