BAKI, 12 avqust. TELEQRAF

Elektron Hökumət İnformasiya Sistemi haqqında əsasnamə təsdiq olunub.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Əsasnamədə ümumi müddəalar, EHİS-in texniki-texnoloji infrastrukturu, EHİS-in altsistemləri, EHİS-ə daxil edilən və ötürülən məlumatlar, EHİS-dən istifadə qaydası, sahibin vəzifələri və hüquqları, operatorun vəzifələri və hüquqları, iştirakçıların vəzifələri və hüquqları həmçinin istifadəçilərin hüquqlarına dair məlumatlar əksini tapıb.

Əsasnamənin tam mətni ilə linkdən tanış ola bilərsiniz.