BAKI, 5 avqust. TELEQRAF

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Polis haqqında" Qanuna dəyişikliyi təsdiq edib.

Belə ki, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək aşağıdakı vəsaitlər məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:

- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün araşdırma dövründə ibtidai dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.

Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.