BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibi 14 nəfərdən ibarət olacağı müəyyənləşib.

Bunlar aşağıdakılardır:

Kollegiyanın sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavinləri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Aparatının rəhbəri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Hüquq və insan resursları şöbəsinin müdiri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.