BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru siyahıya əlavə edilib.

Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin Baş direktoru siyahıdan çıxarılıb.

Həmçinin Rusiya ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının, Ukrayna ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının, Azərbaycan−Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının, Türkmənistanla iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə AZCON-un adı daxil olunub.