BAKI, 4 avqust. TELEQRAF
Qarabağ Universitetinin Nizamnaməsində dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar əsasən universitetin rektoru, “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin rəhbərini təyin və ya vəzifədən azad edə bilməz, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul etməyəcək.