BAKI, 4 avqust. TELEQRAF
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar əsasən, həmin qurumlar aşağıdakılardır:
- “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs;
- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs;
- “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs;
- “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs;
- “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs.
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
- Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki qurumlar:
- “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti;
- Mərkəzi laboratoriya.