BAKI, 18 iyul. TELEQRAF
Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydaları təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemini yaradacaq və tətbiqi istiqamətində işlər görəcək.
Həmçinin proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqinin məqsədləri də müəyyən olunub.
- İnvestisiya layihələrinin icrasının monitorinqinin məqsədləri aşağıdakılardan ibarətdir:
- investisiya layihələrinin icra planlarına uyğun tam və vaxtında həyata
- keçirilməsinə nail olunması;
- investisiya layihələrinin icrası zamanı risklərin idarə edilməsi;
- investisiya layihələrinin icrasında çevikliyə nail olunması;
- investisiya layihələrinin icrası ilə bağlı hesabatlılığın təmin edilməsi;
- aidiyyəti dövlət orqanlarının (qurumlarının) investisiya layihələri ilə bağlı
- zəruri məlumatlarla təmin edilməsi;
- aşkar olunmuş nöqsanlarla bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanları (qurumları) qarşısında vəsatət qaldırılması.