BAKI, 9 iyul. TELEQRAF

Azərbaycan büdcə xərclərinin inzibati təsnifatında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti və İqtisadiyyat Nazirliyinin tabeliyində “Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs dövlət büdcəsində ayrıca inzibati xərc bölməsi kimi yer almayacaq.