BAKI, 22 may. TELEQRAF

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələrində, həmçinin Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Neft Şirkətinin 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən olunub.

Nazirlər Kabinetinin qərarı ilə mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manat təsdiqlənib.

Xatırladaq ki, bundan əvvəl mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2024-cü ilin 31 dekabırına qədər 1 ton üçün 1 manat təsdiqlənmişdi. Digər qazoyllar, o cümlədən dizel yanacağının 1 tonu üçün aksiz dərəcəsinin 80 manatdan 1 manata endirilməsi də 2024-cü ilin 31 dekabırına qədər qüvvədə olub.