![](https://teleqraf.az/storage/2025/02/10/715x378/1729589097174822487_1200x630.jpg)
Bakı, 10 fevral. TELEQRAF
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan Teleqraf-a verilən məlumata görə, 78 piyada əleyhinə, 16 tank əleyhinə və 294 ədəd partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 787 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.