BAKI, 6 oktyabr. TELEQRAF
Rumıniya oktyabrın 6-da gecə saatlarında Ukrayna sərhədi yaxınlığında iki F-18 qırıcısını havaya qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Açıqlamaya görə, sərhəd yaxınlığında Ukraynanın hava məkanında hərəkət edən iki hava hədəfi aşkarlanıb. “Mixail Koqelniçanu adına 57-ci hərbi hava bazasından İspaniya Hərbi-Hava və Kosmik Qüvvələrinin iki F-18 qırıcısı havaya qalxıb”, - məlumatda bildirilib.
Tulça vilayətində bir saat davam edən hava həyəcanı elan edilib. Rumıniya Müdafiə Nazirliyi vurğulayıb ki, aşkarlanan dronlar ölkənin hava məkanını pozmayıb.