Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyin olunması haqqında yayılan xəbərə münasibət bildirib.
Mehriban Ələkbərzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Ortada rəsmi heç nə yoxdur. Rəsmi qərar verilməyənə qədər bu barədə danışmağı artıq bilirəm”.
Qeyd edək ki, “Qaynarinfo” saytında mədəniyyət naziri Adil Kərimlinin Mehriban Ələkbərzadənin teatrda vəzifəyə təyin olunması ilə bağlı əmr imzalayacağı haqqında xəbər yayımlanıb. Teatrın bədii rəhbəri Azər Paşa Nemətov 76 yaşında vəfat edib.