Yaxın günlərdə İstanbul və Bakıda “Dədə Qorqud” dastanı üç əlifba ilə - ərəb, latın, türk (Orxon-Yenisey) nəşr olunacaq.
Kitabın tərtibatçısı Gökbey Uluçun Teleqraf.com-a verdiyi məlumata görə, əsas məqsəd türk əlifbasında oxunacaq yeni bir kitab çap etmək idi:
“Məqsədimiz türkologiya tələbələri, dilçilər, ədəbiyyatçılar üçün hər üç əlifbada müqayisə edilə biləcək mətn təqdim etmək idi. Çünki türk əlifbasını öyrənmək istəyənlər Orxon-Yenisey abidələrindən və “İrq-Bitik” kitabından başqa mətn tapa bilmir. Üstəlik həmin abidələrin dili ilə indiki dilimiz arasında xeyli fərq olduğu üçün oxumaq çətin olurdu. “Dədə Qorqud” kitabı vasitəsilə artıq türk əlifbasında oxumaq asan olacaq”.
Qeyd edək ki, kitab “Kutlu yayın evi”ndə çap olunub.
Bəkir