“Mahmud baba” filminin treyleri yayımlanıb.
Teleqraf.com xəbər verir ki, film dekabr ayının 29-da Azərbaycanın bütün kinoteatrlarında nümayiş olunacaq.
Komediya janrında olan filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi Rəşad Süleyman, quruluşçu operatoru Nadir Mehdiyevdir.
Rolları Fəqan Məmmədov, Aygün Türkmənova, Cövdət Şükürov, Murad Abdullayev və başqaları ifa edirlər.
Ekran əsərinin çəkilişləri Bakıdan başqa Şamaxı və Quba rayonlarında aparılıb.
Nərmin