BAKI, 18 iyun. TELEQRAF
“NATO uzun müddət “kağız pələng” və “təktərəfli küçə” olub, amma bundan sonra belə olmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündə deyib.
“Müttəfiqlərimiz daha fəal olmalıdırlar. Prezident Donald Tramp bunu uzun illər ərzində aydın şəkildə bəyan edib. NATO uzun müddət “kağız pələng” və “təktərəfli küçə” olub. Bu, artıq belə olmayacaq.
Məhz buna görə müdafiə xərcləri ilə bağlı öhdəliklər vacibdir, NATO-nu yenidən sərt gücə və real çəkindirmə siyasətinə əsaslanan həqiqi hərbi alyansa çevirmək lazımdır. Bu çərçivədə müttəfiqlər Avropanın ənənəvi müdafiəsində faktiki olaraq aparıcı rolu öz üzərlərinə götürəcəklər”, - o bildirib.