BAKI, 18 iyun. TELEQRAF

“NATO üzrə bir çox müttəfiqimizin İranla müharibədə ABŞ-yə kömək etməkdən imtina etməsi utancverici və bağışlanmazdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

“Müttəfiqlərimizin çoxu “yox” dedi, ya bizi mürəkkəb hüquqi müzakirələrdə batırmağa çalışdı, ya da özlərinin hazır olmadıqları və ya bacarmadıqları şeylərə görə bizi açıq şəkildə tənqid etdilər. Bu, utancvericidir”, - o bildirib.

Heqsetin sözlərinə görə, ABŞ qoşunlarının yerləşdirilməsi və döyüş əməliyyatlarında istifadə edilməsi üçün hərbi bazalara girişin rədd edilməsi Amerika əsgərlərinin həyatını təhlükəyə atıb. Nazir əlavə edib ki, bunun üçün heç bir əsas yox idi.