BAKI, 24 fevral. TELEQRAF

“ABŞ İran rejiminin ömrünü uzatmamalı, əksinə, onun devrilməsi üçün lazım olan şərtləri yaratmalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini Cek Keyn deyib.

Keyn İran-ABŞ danışıqlarına toxunaraq, Tehranın hazırkı zəif vəziyyətini “tarixi fürsət” adlandırıb.

“Yalan danışdıqlarını bildiyimiz halda niyə bu adamlarla razılaşmalıyıq? Son 46 ildə bizə yalan söyləyiblər, hələ də yalan danışmağa və fırıldaqçılığa davam edirlər”, - o vurğulayıb.