BAKI, 2 iyul. TELEQRAF
Livan və Suriya Beyrutda dövlətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməmə haqqında saziş imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Saziş hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, tərəflərin bərabərhüquqluluğu və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini təsbit edir.
Sənədin regional sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq üçün hüquqi baza yaratdığı qeyd olunur.