BAKI, 30 iyun. TELEQRAF
“ABŞ ilə anlaşma memorandumu hökumətin siyasəti çərçivəsində, Ali rəhbər Müctəba Xamenei ilə tam koordinasiyada və Ali Milli Təhlükəsizlik Şurasının dəstəyi ilə əldə edilib”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Danışıqların bütün mərhələləri rəhbərliklə tam əlaqələndirilmiş şəkildə və təsdiq edilmiş mexanizmlər çərçivəsində həyata keçirilib”, - o bildirib.
Pezeşkian əlavə edib ki, İran daxilində bəzi qüvvələr ABŞ ilə danışıqlar prosesini pozmağa çalışırlar:
“Bəzi qruplar danışıqlar aparan heyəti gözdən salmağa və milli qərarları şübhə altına almağa çalışaraq, əldə olunan nailiyyətlərin zəiflədilməsi üçün zəmin yaratmağa cəhd göstərirlər”.