BAKI, 30 iyun. TELEQRAF

İranın Kirmanşah əyalətində baş verən silahlı hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü öldürülüb, daha ikisi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisənin təfərrüatları və hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilir və araşdırma aparılır.

SEPAH hadisəni “terror hücumu” kimi qiymətləndirib.