BAKI, 28 iyun. TELEQRAF
İraq regional sabitliyin təmin olunması üçün yeni təhlükəsizlik çərçivəsi təklif edib, həmçinin Hörmüz boğazının açılmasını və İrana qarşı dəniz blokadasının ləğvini dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir görüşdə İsveçrə danışıqlarının təfərrüatlarının, İran-ABŞ anlaşmalarının və ikitərəfli əlaqələrin müzakirə olunduğunu qeyd edib.
F.Hüseyn Hörmüz boğazının qapadılmasının ölkəsinin neft ixracına mənfi təsir etdiyini diqqətə çatdırıb: "Biz Hörmüz boğazının açılması və İranın dəniz blokadasının qaldırılması üçün tərəflərin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayırıq. Bağdadın mövqeyi sabitliyə yönəlib; biz heç vaxt müharibənin genişlənməsini və ya İrana qarşı təcavüzü dəstəkləməmişik" — F.Hüseyn bildirib.