BAKI, 25 may. TELEQRAF

“Ümumi vəziyyəti nəzərə alaraq, xarici işlər naziri Abbas Əraqçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri baş tutmayacaq”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Diplomat İran xarici işlər nazirinin səfərinin viza problemləri səbəbindən ləğv olunduğunu qeyd edib.