BAKI, 17 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.
“Dünya “beş”dən böyükdür. Bu məsələ həll edilmədən dünyada ədalət mümkün deyil. Ancaq güclünün hüququnu qoruyan bu sistem dünyanı daha böyük münaqişələrə aparacaq”, - o bildirib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası beş daimi üzvdən – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyadan ibarətdir. Uzun müddətdir qurumun daimi və qeyri-daimi üzvlərinin sayının artırılması barədə müzakirələr gedir.