BAKI, 16 aprel. TELEQRAF

İsrailin innovasiya, elm və texnologiyalar naziri Gila Qamliel Baş nazir Benyamin Netanyahu ilə Livan Prezidenti Cozef Aun arasında telefon danışığının planlaşdırıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli KİV-ə bildirib.

“Ümid edirəm, bu addım yekunda Livanın rifahı və inkişafına gətirib çıxaracaq”, - Qamliel qeyd edib.

İsrailli nazir əlavə edib ki, bu barədə müzakirələr uzun müddətdir gedir.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Benyamin Netanyahu ilə Cozef Aunun aprelin 16-da danışıqlar aparacağını açıqlamışdı. O, bunun İsrail və Livan liderləri arasında 34 ildən sonra ilk söhbəti olacağını bəyan etmişdi.