BAKI, 14 aprel. TELEQRAF
“İsrailin hücumları səbəbindən 1 milyondan çox Livan sakini evlərini tərk etmək məcburiyyətində qalıb”.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
“İsrailin Livana hücumları böyük humanitar fəlakətə səbəb olub, bir milyondan çox insanı evlərindən qaçmağa məcbur edib”, - o bildirib.
Aun əlavə edib ki, Livanın təcili yardıma ehtiyacı var, əhalinin köçürülməsinin nəticələri atəşkəsdən sonra da önəmli olacaq.