BAKI, 14 aprel. TELEQRAF

“İsrailin İranla bağlı missiyası hələ başa çatmayıb”.

Teleqraf xəbər verir ki, bunu İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın direktoru David Barnea deyib.

“Missiyamız hələ tamamlanmayıb. Hərbi əməliyyatların səngiməsi missiyanın dərhal başa çatması demək deyil. Əməliyyatımızı İrana son zərbələrdən sonrakı dövrü də əhatə edəcək şəkildə əvvəldən planlaşdırmışıq. Missiyamız ancaq bu radikal rejim dəyişdirildikdə tamamlanacaq”, - MOSSAD rəhbəri vurğulayıb.