BAKI, 10 aprel. TELEQRAF

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Hörmüz boğazının açıq olduğunu, amma gəmilərin Tehranla koordinasiyalı hərəkət etməli olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Əl-Cəzirə”yə bildirib.

“Bütün gəmilər, hətta Amerika gəmiləri belə, düşmənçilik etmədikləri müddətcə bu boğazdan keçə bilərlər. Əlbəttə, müharibə zonası və İranın bu müharibə zamanı gördüyü tədbirlər səbəbindən texniki məhdudiyyətlər mövcuddur”, - diplomat deyib.

“Texniki məhdudiyyətlər” ifadəsi ilə su yolunun minalanmasını nəzərdə tutub-tutmadığı ilə bağlı suala cavab olaraq Xətibzadə qeyd edib: “Bəli, bu, bura daxildir. Əlbəttə, İranın müharibə zamanı əldə etdiyi və hələ də davam edən digər razılaşmalar da var”.