BAKI, 8 aprel. TELEQRAF
Türkiyə rəsmi Vaşinqton ilə Tehran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasını müsbət qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
Rəsmi Ankara müvəqqəti atəşkəsin tam tətbiq olunmasının vacibliyini vurğulayaraq, bütün tərəflərin əldə edilmiş razılaşmaya sadiq qalacağına ümidvar olduğunu bildirib. Qeyd edilib ki, qalıcı sülhə gedən yol yalnız dialoq, diplomasiya və qarşılıqlı etimaddan keçir.
Türkiyə XİN, həmçinin İslamabadda keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün hər növ dəstəyi verməyə davam edəcəyini diqqətə çatdırıb. Bu prosesdəki vasitəçilik roluna görə Pakistan dövləti təbrik edilib və sülhə töhfə verən bütün təşəbbüslərin davamlı olması arzulanıb.