BAKI, 7 aprel. TELEQRAF

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı istintaq başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb.

Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru vəzifələndirilib:

"Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır".

***

13:34

Türkiyənin İstanbul şəhərində yerləşən İsrail Baş konsulluğunun binası önündə silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Super Haber" portalı yayıb.

İlkin məlumatlara görə, hadisə yerinə çox sayda polis və təhlükəsizlik qüvvələri cəlb edilib. İnsident zamanı binaya hücum etməyə cəhd göstərən 3 şəxsin öldürüldüyü bildirilir.

Bundan başqa, iki polis əməkdaşının hadisə zamanı yaralandığı qeyd olunub. Xəsarət alanların xəstəxanada müalicələri davam etdirilir.