BAKI, 6 aprel. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələri Tehranda Şərif Universitetini bombardman edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif bildirib.
Vitse-prezidenti universitetin bunkerdağıdan bombalarla hədəf alındığını iddia edib.
Məlumata görə, bu, son bir neçə həftə ərzində İranda vurulan dördüncü böyük universitetdir.