BAKI, 24 fevral. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə müdafiə naziri sosial mediada məlumat verib.

Görüş zamanı müdafiə sektorunda Ermənistan-İran əməkdaşlığı və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.

Xatırladaq ki, Ermənistan müdafiə naziri fevralın 23-dən İranda rəsmi səfərdədir. Fevralın 24-də o, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.