BAKI, 10 yanvar. TELEQRAF

İranda baş verən son etiraz aksiyaları zamanı Konstitusiya Müdafiə Şurasının müşahidəçilərindən biri öldürülüb.

Teleqraf xəbər verir ki, İran Konstitusiya Şurasının sözçüsü Hadi Tahan Nazif ölkədəki son hadisələrlə bağlı açıqlama verib.

O bildirib ki, Qəzvində Şuranın müşahidəçilərindən biri iğtişaşlar zamanı həlak olub.

Tahan Nazif etirazlar zamanı baş verən zorakılıqları və vandalizm aktlarını pisləyərək, hadisələrin arxasında "gizli əllər" və düşmən qüvvələrin dayandığını vurğulayıb.