BAKI, 7 yanvar. TELEQRAF

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin “Əl-Əməlik” Briqadasının bölmələri müvəqqəti paytaxt Ədənin mərkəzinə daxil olaraq əsas hökumət obyektlərini geri alıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Asharq News” təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

“Əl-Əməlik” Briqadası “Cənub Keçid Şurası”nın (CKŞ) separatçı qüvvələri mövqelərini tərk etdikdən sonra prezident sarayı və Ədən Beynəlxalq Hava Limanı üzərində nəzarəti təmin edib.

Bundan əlavə, cənub-qərb əyalətlərinə cavabdeh olan 4-cü Hərbi Bölgənin Komandanlığı CKŞ-nin qərargahları və şəhərin bir neçə rayonundakı obyektləri nəzarətə götürüb.

Hazırda Ədəndəki əsas obyektlər və nəzarət məntəqələri hələ də “Əl-Əməlik”in nəzarəti altındadır.