BAKI, 12 dekabr. TELEQRAF
Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel Dəməşqdə Suriya müdafiə naziri general-leytenant Murhaf Əbu Kəsra ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Quru Qoşunlarının komandanı səfəri çərçivəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əli Nurəddin Nasan ilə də görüşüb.