BAKI, 5 dekabr. TELEQRAF

Azərbaycanəsilli iranlı rejissor Cəfər Pənahi məhkəmənin barəsində verdiyi həbs cəzasına baxmayaraq, Oskar mərasimindən sonra İrana qayıdacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, başqa ölkəyə sığınmaq fikrində olmadığını bildirib.

“Oskardan sonra mümkün qədər tez İrana qayıdacağam. Mənim yalnız bir pasportum var - ölkəmin pasportu, onu saxlamaq istəyirəm. Ən çətin illərdə belə vətənimi tərk edib başqa yerə sığınmaq fikrim olmayıb”, - Pənahi qeyd deyib.

Xatırladaq ki, Tehran İnqilab Məhkəməsi bundan əvvəl Cəfər Pənahini “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası, iki il müddətinə ölkədən çıxış qadağasına, həmçinin siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Qərar rejissorun çəkdiyi “Sadə bir qəza” filmi ilə əlaqəlidir. Film İranda məcburi hicab siyasətinə etiraz ruhunda çəkilib.