BAKI, 27 noyabr. TELEQRAF

Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) haqlarının yox sayıldığı istənilən razılaşmanı qəbul etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Cənubi Kiprlə Livan arasında imzalanan dəniz səlahiyyətlərinə dair anlaşma ilə bağlı danışarkən deyib.

“Şimali Kipr Türk Cümhuriyyətinin haqlarının yox sayıldığı istənilən razılaşmanı qəbul etməyimiz mümkün deyil. Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını nəzərə almayan bu anlaşmanın Livan xalqının da maraqlarını pozduğunu düşünür, livanlı həmkarlarımıza dənizçilik sahəsində əməkdaşlığa hazır olduğumuzu bildiririk”, - nazirliyin rəsmi nümayəndəsi qeyd edib.