BAKI, 25 noyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Hizbullah” Hərəkatının qərargah rəisi Heysəm Əli Təbtəbainin öldürülməsinə görə İsraili təhdid edib.

Teleqraf xəbər verir ki, SEPAH buna görə qisa vədi verib.

“Müqavimət oxu (İranın Yaxın Şərqdəki proksi qüvvələri – red.) və “Hizbullah”ın qisas haqqı qorunur, münasib zamanda İsraili sarsıdıcı cavab gözləyir”, - korpusun bəyanatında qeyd olunub.

Heysəm Əli Təbtəbai İsrail ordusunun noyabrın 23-də həyata keçirdiyi hücum zamanı Livanın paytaxtı Beyrutda öldürülüb. Təbtəbai Həsən Nəsrullah və “Hizbullah”ın bir çox komandirlərinin öldürülməsindən sonra qərargah rəisi kimi faktiki olaraq hərəkatın ikinci şəxsi sayılırdı, birinci şəxs təşkilatın baş katibi Naim Qasımdır. Onun öldürülməsi “Hizbullah”a qarşı tərksilahla bağlı artan təzyiq fonunda hərəkata ağır zərbə hesab olunur.