BAKI, 22 noyabr. TELEQRAF
“İran Silahlı Qüvvələri düşmənlərin mümkün hər cür təhdidinə cavab verməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunlarının yeni komandanı Əli Cahanşahi deyib.
“Rejimin düşmənləri sərt müharibə ilə məqsədlərinə çata bilmədiklərindən, İran İslam Respublikasına qarşı yumşaq müharibəyə girişiblər, amma bir daha düşmənlərin bütün planlarını zərərsizləşdirəcəyik”, - o bildirib.