BAKI, 14 noyabr. TELEQRAF

“12 günlük müharibədə İrandakı mövcud rejimin devrilməsi İsrailin məqsədi olmayıb, amma belə bir nəticə baş verə bilərdi”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, rejimin devrilməsi İran xalqından asılıdır:

“İran xalqı baş verənləri görür, əgər inqilab olacaqsa, bu, ölkənin öz daxilindən başlamalıdır. İstərdim ki, İran xalqı öz taleyini özü həll etsin. Onlar buna layiqdirlər, böyük və qədim bir xalqdırlar. Təxminən 2500 il əvvəl bizimlə İran xalqı arasında çox yaxşı münasibətlər olub”.