BAKI, 13 oktyabr. TELEQRAF

“İsrail və onun hüdudlarından kənarda sülh vaxtı yetişib”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Knessetdə çıxışı zamanı səsləndirib.

“İndi İsrail daxilində və onun hüdudlarından kənarda sülh vaxtıdır. Mən İbrahim sazişləri çərçivəsində təməli qoyulan yolun davamını səbirsizliklə gözləyirəm. İsrail dövləti qədər sülhü heç kim istəmir”, - baş nazir deyib.

Binyamin Netanyahu əlavə edib ki, İsrail Qəzza sektorunda HƏMAS-a qarşı müharibədə böyük itkilər verib və girovların azad edilməsində köməyinə görə Donald Trampa təşəkkürünü bildirib.