BAKI, 13 oktyabr. TELEQRAF

“Qətər, Misir, Türkiyə və digər ərəb dövlətləri Qəzzada HƏMAS-ı tərksilah olmağa və İsraillə sülh danışıqlarını dəstəkləməyə məcbur etmək üçün təzyiq göstərirlər”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

“Bu dövlətlərin heç biri HƏMAS-ın fəaliyyətini davam etdirməsini istəmir. Onlar tərksilah istəyirlər və bu baxımdan bizdə yaxşı bir təzyiq mexanizmi mövcuddur, çünki təzyiq olmadan bu iş mümkün olmayacaq”, - alman diplomat bildirib.