BAKI, 7 oktyabr. TELEQRAF

Fələstin Prezidenti Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş iki il əvvəl HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisinə hücumunu “axmaqlıq” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bunu “Al Hadath” elekanalında bildirib.

Fələstin liderinin müşaviri deyib: “HƏMAS-ın 2023-cü ilin oktyabr macərası axmaqlıqdır”.

Əl-Həbbaş hesab edir ki, HƏMAS-ın hücumundan sonra həm Qəzza zolağında, həm də Yaxın Şərqdə baş verən hadisələrdən ən çox İsrail Baş naziri Binyamin Netanyahu faydalanıb.