BAKI, 7 oktyabr. TELEQRAF

“Qəzza zolağında müharibənin sonuna yaxınlaşırıq”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Qəzza müharibəsinin sona yaxınlaşırıq, amma bəzi vəzifələr qalır”, - baş nazir qeyd edib.

Həmçinin B.Netanyahu HƏMAS-ın hələ də məhv edilmədiyini vurğulayıb: “Ora da çatacağıq”.

Baş nazir əlavə edib ki, “Hizbullah” və husilər də ağır zərbələr alıb və İsrail ABŞ-ni İrandan qoruyur.