BAKI, 29 sentyabr. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail və HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planı ilə razılaşmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, Fələstin-İsrail münaqişəsinin həllinin əlçatan olduğunu iddia edib.

Vadeful bəyan edib ki, münaqişə sona çatmalı və HƏMAS tərəfindən saxlanılan girovlar azad edilməlidir:

“ABŞ hökumətinin səyləri sayəsində qismən həll yolu əlçatandır. Bütün tərəfləri son, qəti addımı atmaq üçün cəsarətli olmağa çağırırıq”.