BAKI, 16 sentyabr. TELEQRAF

“İsrailin Qəzza zolağındakı hərəkətlərini “soyqırımı” kimi tanıyan BMT komissiyasının ekspertləri radikal HƏMAS-ın kuklalarıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrailin BMT-dəki nümayəndəsi Daniel Meron bildirib.

Diplomat komissiyanın hesabatını “skandal” adlandırıb.

“HƏMAS-ın kuklaları kimi çıxış edən, açıq-aşkar antisemit mövqeləri ilə tanınan və yəhudilər haqqında dəhşətli bəyanatları bütün dünyada qınanan şəxslər bu gün Qəzza ilə bağlı daha bir yalan hesabat dərc ediblər”, - Meron deyib.

Xatırladaq ki, bundan əvvəl BMT komissiyası İsrail Baş naziri Benyamin Netanyahu, Prezident İsxaq Hersoq və keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında soyqırımını qızışdırmaqda ittiham edən hesabat yayımlayıb.