BAKI. 3 avqust. TELEQRAF

Böyük Britaniya Qəzza sektorundan müalicə məqsədilə 300-ə qədər uşağı çıxarmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb.

"Yüzlərlə ağır xəstə uşaq Qəzzadan təxliyə ediləcək və müalicə olunacaq", - nəşrdə qeyd olunur.

Proqramın detallarının yaxın bir neçə həftə ərzində elan ediləcəyi bildirilir.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə müddətində anklavdan ümumilikdə 7 mindən çox xəstə, o cümlədən 5 min uşaq təxliyə edilib. Onların əksəriyyəti Misir, BƏƏ və ya Qətərə aparılıb. Bundan əlavə, təxminən 200 uşağın İspaniya, İtaliya, İrlandiya, Norveç və Rumıniya daxil olmaqla Avropa ölkələrinə təxliyə edildiyi bildirilir.