BAKI, 17 iyul. TELEQRAF
"Suriya müharibədən qorxmur".
Teleqraf xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd əl - Şaraa deyib.
O bəyan edib ki, İsrail hər zaman olduğu kimi bu gün də Suriyada sabitliyi pozmağa və xalqlar arasında qarşıdurmalar yaratmağa çalışır.
"İsrail Suriyanı daimi xaosun hökm sürdüyü bir yerə çevirmək istəyir, lakin suriyalılar buna imkan verməyəcək. Suriya döyüşməyə hazırdır",- dövlət başçısı söyləyib.
Prezident Əhməd əl- Şaraa, Suveyda vilayətində baş verən daxili qarşıdurmaların arxasında qanunsuz silahlı qruplaşmaların dayandığını və bu qrupların İsrailin dəstəyi ilə vəziyyəti daha da gərginləşdirdiyini deyib.
“Daxili İşlər və Müdafiə Nazirlikləri Suveydada genişmiqyaslı əməliyyat keçirərək vəziyyəti nəzarətə aldılar və qanunsuz silahlı dəstələri bölgədən çıxardılar”, - Prezident vurğulayıb.